İylun 31-dən avqustun 1-ə keçən gecə erməni kəşfiyyat-təxribat qrupları Ağdam və Tərtər rayonları ərazisində qoşunların təmas xəttini keçməyə cəhd göstərib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən ANS PRESS-ə verilən məlumata görə, Silahlı Qüvvələrimizin bölmələrinin sayıqlığı nəticəsində düşmənin səngərlərimizə yaxınlaşması qabaqcadan aşkar edilərək təxribatın qarşısı alınıb.
Şiddətli atışmadan sonra erməni bölmələri xeyli itki verərək geri çəkilməyə məcbur edilib.
Təəssüflər olsun ki, Silahlı Qüvvələrimizin bölmələri də itki verib.
Sakinlərin ANS PRESS-in bölgə müxbirinə verdikləri məlumata görə, atışma nəticəsində 8 hərbçimiz həlak olub. Fakt dəqiqləşdirilir.